İcmal büdcənin gəirlər və xərclərinin fərqində 180 milyon manat profisit çatışmır
Ötən gün Nazirlər Kabinetinin ilin ilk altı ayının yekunlarına həsr edilmiş iclasında maliyyə naziri Samir Şərifovun veridiyi məlumatlarla bağlı iqtisadıçı ekspert Vüsal Qasımlıya müraciət etdik.
-Vüsal bəy, Maliyyə Nazirliyinin 6 aylıq yekun hesabatına görə dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4% yerinə yetirilib. Dövlət büdcəsinə mədaxilin 100% yerinə yetirilməməsinin səbəbləri nədir?
-Mədaxilin az olması əvvəldən proqnozlaşdırılan bir məsələ idi. Burada ölkədə neft hasilatının proqnozlaşdırılandan aşağı səviyyədə olması və dünya bazarında neftin qiymətinin aşağı olması çox ciddi rol oyanyır. Azərbaycan bu il üçün neft hasilatını təxminən 60-65 milyon ton proqnozlaşdırırdı, hansı ki, indi 40-45 milyon ixrac edilir. Eyni zamanda nefin qiyməti büdcədə 70 dollar nəzərdə tutulduğu halda, orta qiymət təxminən 50-60 dollar civarında qeydə alınır. Bu o deməkdir ki, “Əsrin müqaviləsi”nə daxil olan neft şirkətlərinin mənfəəti müvafiq qaydada azalıb. Onların mənfəəti azalıbsa, mənfəət vergisi şəklində büdcəyə ödədiyi vəsaitin həcmi də azalıb. Eyni zamanda neft sektoru ilə bağlı olan bir sıra sahələrdə, o cümlədən xidmət sahələrində də gəlirlər azalır. Eləcə də onların vergi ödəmələri azalır. Biz tikinti sektorunda da satış həcminin aşağı düşməsini, ümumiyyətlə tikinti bazarının azalmasında ciddi geriləmə görürük. Bunların nəticəsində tikintidən büdcəyə ödənilən vəsait də azalır. Bütün bunlar nəticə etibarı ilə gətirib ona çıxarır ki, büdcəyə daxilolmalar azalır. Ancaq bütün bunlara baxmayraq büdcənin gəlir hissəsinin 93.4% icra olunmasını qlobal iqtisadi böhran şəraitində qənaətbəxş hesab etmək olar. Nəzərə almaq lazımdır ki, büdcənin bu səviyyədə icra olmasında Dövlət Neft Fondunun transverlərinin rolu böyükdür. Daha ətraflı »
