Həbsdə olan jurnalistlər cəsarətlərinə görə təltif olunublar

Xəbərlər No Comments »

Üç yazar Helman/Hammett mükafatına layiq görülüb
(Nyu York, 24 Aprel 2008) – Hyuman Rayts Vatç bu gün açıqlama yayıb ki, Azərbaycanda üç yazar siyasi təqiblərə və həbslərə məhəl qoymayıb öz işlərində dəyanət göstərdiklərinə (inadla çalışdıqlarına) görə təltif olunublar.
“Realnıy Azerrbaydjan”“Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev; gündəlik “Azadlıq” qəzetinin yazarı Mirzə Sakit; həmin qəzetin baş redaktoru Qənimət Zahidov jurnalist fəaliyyətlərinə görə 2008-ci ilin aprel ayında 24-da Helman/Hammett mükafatına layiq görülüblər.
Daha ətraflı »

ƏLİN CİBİNDƏ OLSUN! 5 MANAT PUL, 1 ƏDƏD KART VƏ ABİTURİYENT

Xəbərlər No Comments »

xeberKütləvi İnformasiya Vasitələrindən yaxşı bilirik ki, bu il TQDK ali və orta ixtisas məktəblərinə sənəd qəbulunu elektron formada həyata keçirir. Əvvəlcə eşidəndə qulağa xoş gəlir, fikirləşirsən ki, təlimata uyğun olaraq əvvəlcə TQDK-nın 2 manat qiymətində olan “Ödəmə kartı”-nı əldə edirik, sonra www.tqdk.gov.az/ali2008/ web səhifəsinə daxil oluruq tələb olunan bölmələri doldururuq bununla da iş bitdi. Xeyr! Reallıqda deyildiyi kimi də sadə deyil. Kartların artıq qiymətə satılmasının qarşısını almaq üçün özəl yerlərdə yox yalnız şəhər, rayon və kənd poçt şöbələrində satılır.

Lazımi sənədləri hazırlayıb gedirsiniz poçta “Ödəmə kartı”-nı istəyirsiniz, deyirlər ki: “Kartı sizə verə bilmərik! gərək sənədlərinzi verəsiniz biz yollayaq”. Daha ətraflı »

Monopoliya imperiyası

Araşdırmalar No Comments »

“Günbəgün qiymətlər qalxır. Turba (BTC nəzərdə tutulur – A.O) işə düşəndən vəziyyət bir az da gərginləşib. Dünyada neft od qiymətinə satılır, bizim neftimiz ola-ola biz batırıq. Televiziyada deyirlər neftdən belə pul gəlir, xarici şirkətlər ölkəyə belə pul qoyur – elə pul qoyur, hamısı fırıldaqdır. Əliyevin (Heydər Əliyev – A.O) vaxtı bundan yaxşıydı”- bu Bakıda yaşayan 54 yaşlı taksi sürücüsü Adil Quliyevin fikirləri olsa da, ölkə iqtisadiyyatında ciddi fırıldaqların olması faktlarla təsdiqlənir.

Daha ətraflı »

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ

Press-relizlər No Comments »

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ötən ilin avqust ayı ilə müqayisədə 2,017 milyon dollardan bu ilin aprelin 1-ə 3,335 milyon dollaradək artmışdır. Yalnız bu ilin birinci rübündəki artım 860,48 milyon dollar olmuşdur. Fondun 2008-ci il üçün büdcəsi 3,6, xərcləri isə 1,68 milyard manat təsdiq edilsə də bu ilin mayında dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərdə fondun büdcəsinə də baxılması nəzərdə tutulur. Neftin dünya bazar qiymətinin yüksəlməsi fondun gəlirlərinin artmasına imkan yaradıb. Bununla belə, hələ də fondun vəsaitlərinin yerləşdirilməsi istiqamətləri ilə bağlı bəzi narahatçılıqlar qalmaqdadır.
Daha ətraflı »

“İDEAL AİLƏNİN FORMULU: ƏNƏNƏVİ DƏYƏRLƏR VƏ MÜASİRLİK” mövzusunda müsabiqə

Xəbərlər No Comments »

Müsabiqənin məqsədi:

Müsabiqənin məqsədi ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.

Bundan başqa müsabiqə çərçivəsində aşağıdakı məqsədlərin həyata keçirilməsi qarşıya qoyulub:

Daha ətraflı »

Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsi (AJAŞ) haqqında məlumat

Xəbərlər No Comments »

Araşdırıcı Jurnalistlərin Azərbaycan Şəbəkəsi (AJAŞ) peşəkar araşdırma jurnalistikasının inkişafı, ictimai vəsaitlərlə bağlı şəffaflığının təmin olunmasında cəmiyyətə beynəlxalq təcrübəyə əsaslanaraq düzgün və obyektiv jurnalist tədqiqatları vasitəsi ilə kömək göstərmək məqsədi ilə yaranıb.

2007 ilin sentyabr ayının 5-də Şəbəkənin yaradılmasının təşəbbüskarları peşəkar və təcrübəli tədqiqatçı jurnalistlər: Ceyhun Abdulla, Hicran Həmidova, Şəhla Əbusəttar, Anar Orucov, Çingiz Sultansoy, Səbuhi Qafarov, Asəf Quliyev, Elçin Sərdar öz aralarında Memorandum izlalayıblar.

Daha ətraflı »

Tədqiqatçı jurnalistlərimiz Avropada

Layihələr, Xəbərlər No Comments »

Noyabr ayının 9-da Macarıstanın paytaxtı Budapeştdə Şərqi və Cənub Şərqi Avropa ölkələrindən olan tədqiqatçı jurnalistlərin 4 günlük beynəlxalq konfransı öz işinə başlayıb. Konfransda dünyanın 40-a qədər ölkəsindən 100-dək jurnalist iştirak edir. Əsas məqsədi qloballaşan dünyada müxtəlif ölkələrdən olan tədqiqatçı jurnalistlərin təcrübə mübadiləsi etməsi və tədqiqatçı jurnalistlərin geniş şəbəkəsinin yaradılması olan konfrans Macarıstanın Jurnalist Tədqiqatları Mərkəzi tərəfindən təşkil edilib. Tədbirdə Danimarka hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan Jurnalistlərinin Araşdırma Şəbəkəsinin idarə heyətinin üzləri (AJAŞ), Azərfoto agentliyinin rəhbəri Ceyhun Abdulla və Qafqaz Media Tədqiqatlar Mərkəzinin direktoru Anar Orucov iştirak edirlər.
Daha ətraflı »