“Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması Qaradag rayonunda əmlakın qiymətini artırıb
Əmlak Bazarı İçtirakçıları” İB Bakı şəhəri ərazisində torpaq bazarı üzrə son statistik rəqəmləri açıqlayıb (AJAŞ Xəbər). Aprel ayı üçün təqdim edilən statistikada bazara təklif olunan 810.7 ha torpaq sahəsinin 76.9%-nin boş sahə, qalanının isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələrinin təşkil etdiyi məlum olub.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında bir qədər də zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi, torpaq bazarında da formalaşan passiv tendensiya əsasən iqtisadi böhranın təsiri ilə bağlı olub.
Ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq, 21630 $/sot səviyyəsindən 20743 $/sot səviyyəsinə enib. Daha ətraflı »
