May 21
Şübhəli «sair xərclər»ə ayrılan vəsaitlər iki dəfə artıb, hansı ki, o dolayısıyla hökumətin seçki kampaniyasına yönəldiləcək
2008-ci il büdcəsinə dəyişikliklər və əlavələr edildi. Xatırlayırsınızsa ekspertlər büdcə layihəsinin özü müzakirə olunan zaman xeyli narazılıq bldirmişdilər.
Büdcə vəsaitləri ilə bağlı daimi müşahidə və araşdırmalar aparın, büdcə ilə bağlı bütün məqamlara ictimaiyyətin fikrini əks etdirən Milli Büdcə Qrupu (MBQ) «Azərbaycan Respublikasının 2008-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununa rəyini açıqlayıb. Qrupun ekspertləri hər zaman olduğu kimi, büdcə vəsaitləri ilə bağlı kifayət qədər bədxərc mövqedə duran hökumətdən daha pessimist ruhdadırlar. Daha ətraflı »
May 13
Şəffaflıq təşəbbüsünə qoşulmuş ən aparıcı neft şirkətləri də gəlirlərini açıqlamaq - şəffaf olmaqda «çətinlik çəkir»
bp Azərbaycanda orta şəffaflıq dərəcəsində, «Exxon –Mobil» isə bundan daha az şəffafdır. Bu, Beynəlxalq İnterneyşnlın (Tİ) apardığı qiymətləndirmənin nəticəsidir. Ümumilikdə, Azərbaycanda şəffaflığın orta səviyyəsinin hansı balla ölçüldüyü açıqlanması da, hər kəsin bu barədə müəyyən təsəvvürləri olmamış deyil.
Daha ətraflı »
May 06
Yerli əhalinin təşəbbüsü ilə “Salyan OİL” bərbad hala saldığı yolları təmir edib
Öncə onu deyək ki, Azərbaycanın neft və qaz hasilatı sektorunda fəaliyyət göstərən “Salyan OİL” Milli Məclis tərəfindən 16 aprel 1999-cu il tarixdə ratifikasiya edilmiş və Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış “Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında” sazişə əsasən işləyir. Daha ətraflı »
May 06
Neft pullarına ümid edən xalqımızınsa gözü hələ də yoldadır
Martın 12-də «Avropa» otelində «Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində» adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə, «Ekspert» jurnalının informasiya dəstəyi ilə Milli Büdcə Qruppu və İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyası təşkil edib. İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu konfransın məqsədi və gözlənilən nəticələr barədə yığıncaq iştirakçılarına məlumat verib. Onun sözlərimnə görə, Milli Büdcə Qrupu və İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının təşkil etdiyi bu dəyirmi masada müstəqil ekspertlərin 2005-2008-ci illərdə dövlət büdcəsindən investisiya layihələrinə ayrılmış vəsaitlərin istifadə istiqamətləri üzrə apardıqları araşdırmaların nəticələrinin, eyni zamanda büdcə investisiyalarının struktur və dinamikası üzrə baş verən dəyişikliklər və onun sosial-iqtisadi təsirləri ilə bağlı müzakirəsi nəzərdə tutulur. Daha ətraflı »