«Sair xərclər»ə və investisiya layihələrinə ayrılan vəsaitlərə dair izahatların verilməməsi şübhələr yaradır

Ekspertlərin narahatlığına səbəb olan başqa bir məqam isə hökumətin vergilər şəklində büdcəyə çatası vəsaiti tam səfərbər edə bilmədiyi halda Fondun transfetlərindən gen-bol istifadə etməkdən çəkinməməsidir.

Belə ki, Hesablama Palatasının rəyində göstərildiyi kimi, 2008-ci il yanvarın 1-nə dövlət büdcəsinə çatası 2700 milyon manat hesablanmış vergi borcunun vergi ödəyicilərindən alınması mümkün olmayıb. Hökumətin izahından aydın olur ki, büdcəyə edilən dəyişiklərdə əsas məqsəd yeni büdcə xərcləmələri, xüsusilə dövlət investisiyaları ilə bağlı əlavə imkanlar əldə etməkdir ki, burada da hökumətin sosial-iqtisadi sahədəki siyasəti ilə büdcə siyasəti arasındakı əlaqələndirmənin kifayət qədər təmin olunmaması qabarıq şəkildə üzə çıxır. Daha ətraflı »