Neft pullarına ümid edən xalqımızınsa gözü hələ də yoldadır
Martın 12-də «Avropa» otelində «Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində» adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə, «Ekspert» jurnalının informasiya dəstəyi ilə Milli Büdcə Qruppu və İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyası təşkil edib. İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu konfransın məqsədi və gözlənilən nəticələr barədə yığıncaq iştirakçılarına məlumat verib. Onun sözlərimnə görə, Milli Büdcə Qrupu və İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının təşkil etdiyi bu dəyirmi masada müstəqil ekspertlərin 2005-2008-ci illərdə dövlət büdcəsindən investisiya layihələrinə ayrılmış vəsaitlərin istifadə istiqamətləri üzrə apardıqları araşdırmaların nəticələrinin, eyni zamanda büdcə investisiyalarının struktur və dinamikası üzrə baş verən dəyişikliklər və onun sosial-iqtisadi təsirləri ilə bağlı müzakirəsi nəzərdə tutulur. Daha ətraflı »
Archive for the tag: Talan
May 06
