Yay gəldi, istirahət mərkəzləri isə xəncərlərinin önünü də arxasını da itiləyirlər. Yəqin bu il qiymətlər hamını şoka salacaq. İmkanlılar xaricdə, orta imkan sahibləri bölgələrimizdə, imkansızlar isə sovetlər vaxtından fərqli olaraq sanatoriyalarda deyil evlərində dincəlməli olacaqlar. Bir anlıq orta imkanlı adamların bölgələrimizdə necə və hansı şəraitdə dincələ biləcəklərini düşünərək yolumuzun düşdüyü Nabran adlı istirahət zonasında fotogəzintiyə çıxdıq. Dedik, bu yerləri siz də görəsiniz ki, burada dincəlib-dincəlməmək barədə qərarınızı dəqiqləşdirəsiniz. Daha ətraflı »